Telefonlar addımları necə izləyir?
Updated: Sep 10, 2022
Bu gün mövcud olan bir çox texniki avadanlıqda #pedometr və ya bir başqa deyimlə #addımölçən kimi funksiyaları getdikcə çox eşitməyə başlamışıq. Xüsusilə də, hər gün üzərimizdə daşıdığımız tefelonlarda bu funksiya addım-addım bizi izləyir. Bəs bu nədir? Gəlin, araşdıraq. ə
Pedometrin əsas məqsədi onu daşıyan istifadəçilərin atdığı addımları saymaq və tam nəticəni təmin etməkdir. Əsasən #sağlamlıq və #fitnes məqsədləri üçün istifadə olunur. Bu funksiya vasitəsilə gəzinti zamanı atdığımız addımların sayını dəqiq görə bilirik. Bu gün addımlarımız smarfonlarımızda mövcud olan addımölçən sistemi sayəsində ölçülür. Bəs bu addımölçən nə qədər etibarlıdır? Tam olaraq necə işləyir? Bunun üçün gəlin sizi də yormadan vacib terminlərlə bunu aydınlaşdıraq. İlk olaraq #akselerometr ilə başlayaq.

Akselerometr:
Telefonunuzdakı bu mexanizm hərəkətləri və məsafələri qeyd edir və hərəkət sensoru adlandırılır. Ardınca telefonunuz boy və yaş kimi şəxsi məlumatlarınızdan istifadə edərək addımlarınızın uzunluğunu və atılan addımların sayını hesablayır. Bunların hamısı akselerometr vasitəsi ilə həyata keçirilir.
Giroskop:
Giroskop telefonunuzun şaquli və ya üfüqi tutulduğunu müəyyən edən, addımların sayını daha dəqiqliklə ölçən, telefonu salla
maqla qeyd olunan saxta addımları isə hesaba qatmayan sensordur. Bəzi telefonlar və ya tətbiqlər isə GPS sistemindən istifadə edərək atılan addımlar haqqında daha dəqiq hesablama aparır.
Digər tətbiqlər:
Smartfonlarda davamlı gedən yeniləmələr ilə insanlar atdıqları addımlarla bağlı daha qabaqcıl məlumatlarla tanış ola bilir. Məsələn, addımların sayı, addımın uzunluğu və yerimə sürəti standard hesablamalardır. Tətbiqlərdən istifadə etmək isə istifadəçiyə daha maraqlı məlumatlar göstərə bilər. Sizin addımlarınızın bir başqasınınkı il
ə qarşılaşdırılması, yandırılan kalori miqdarının təxmin edilməsi və sizə müəyyən gündəlik bir hədəf təyin edilməsi bunlara örnək verilə bilər.
Mövzudan söz açılmışkən sizinlə maraqlı bir məlumat da paylaşım. Azərbaycanda fitnes və sağlamlıq sahəsində ilk dəfə təqdim edilən 2walk insanları gəzməyə həvəsləndirən bir tətbiqdir. Motivasiyanın ilkin qaynağı isə rəqabət üzərində qurulmuş modeldir. Yəni şəxslər dostları ilə rəqabət apararaq qısa müddətlik gəzintilərdən qazanclı çıxa bilirlər.
#smartfon #pedometr #addımölçən #motivasiya #rəqabət #2walkapp #gəzərəkqazan